Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

İşğaldan azad edilən ərazilərdə evlərin tikintisi üçün kredit verilməlidir - Ekspert

953
Paylaş:
İşğaldan azad edilən ərazilərdə evlərin tikintisi üçün kredit verilməlidir -     Ekspert

“İşğaldan azad edilən torpaqların bərpası üçün gələn il 2,2 mlrd. manat pul ayrılacaq. Bir çox insanlar bunun az, ya da çox olmasını müzakirə edirlər, əslində səhv yanaşmadır, pulun miqdarı yox, Azərbaycan hökumətinin bu məsələ ilə bağlı "vizionu" müzakirəyə açılmalıdır”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, gələn il 2,2 mlrd. manat əsasən minalardan təmizləmə, işğaldan azad edilmiş 127 km İran, 400 km-dən çox Ermənistan sərhəddinin yenidən təsis edilib mökəmləndirilməsinə, ilkin infrastruktur (yol, elektrik, qaz, su) layihələrinə xərclənəcək: “Yəni, gələn il şəhər və qəsəbələrin bərpası hələ nəzərdə tutulmur, bir tək Şuşada bəzi bərpa işlərinin olması gözlənilir. Ümid edirəm ki, 2021-ci ildə hökumət bərpa "vizionunu" cəmiyyətə açıqlayacaq, bu haqda ciddi elmi müzakirələr olacaq. Hələ ki, doğru olmayan yanaşma görünür, məsələn, flan şəhərdə binalar belə olacaq, göydələnlər tikiləcək və s. kimi yanaşmalar kökündən yanlışdır. Düşünürəm ki:

1. Ərazilərin bərpa planı bütöv olmalı, kompleks yanaşma ilə tərtip edilməlidir, yəni, hər şəhərin ayrıca planı olmaqla yanaşı, ərazilərin tamamını əhatə edən uzlaşdırıcı və bağlayıcı məqamlar olmalıdır,

2. Bərpa planının ən son aşaması arxitekturadır, əvvəl bilməliyik ki, biz nə istəyirik, hər şəhərin iqtisadi və sosial rolu nədən ibarət olacaq - ancaq bundan sonra arxitektura planlamasına keçmək olar,

3. Məncə, kiçik kəndlərin hər birinin bərpasına ehtiyac yoxdur, işğaldan azad edilən hər bir rayon mərkəzindən başqa, rayonun ərazisində 5-10 arası iri qəsəbələrin yaradılması ilə bağlı qərar verilməli, onların yeri hərbu-strateji, sosial-iqtisadi və resurslara çıxış imkanı olan infrastrukturun asan yaradılması kriterlərinə görə seçilməlidir,

4. İqtisadi bağlar mütləq əvvəlcədən düşünülməlidir, məsələn, əgər Ağdamda aqrar emal müəssisələri olacaqsa, onların xamalı Fizulidən, Cəbrayıldan, Hadrutdan gəlməlidir,

5. Ən azı 2 şəhərdə tanınmış xarici Universiterlərin filialları açılmalı, kampusu olan elmi-tədris mərkəzi açılmalıdır,

6. Hər bir bərpa olunan şəhərin öz missiyası olmalıdır, 2 şəhər elm-təhsil mərkəzi olacaqsa, Şuşa mədəniyyət paytaxtı, məsələn, Cəbrayıl yerli "Las-Vegas", Qubadlı və Kəlbəcək eko-turizm və sağlamlıq mərkəzi ola bilər,

7. Bütün şəhər və qəsəbələr 21-ci əsr vizionu ilə salınmalıdır - ekoloji şəhər nəqliyyatı,  bərpa olunan enerji mənbəələri, velosiped yolları, smart şəhər yanaşması və s.

8. Hər bir şəhər və qəsəbədə iqtisadi fürsətlər üçün tam münbit şərait olnalıdır ki, əhalinin köçməsinin bir mənası və əsası olsun,

9. Fərdi evlərin tikintisinə 0%-li kreditlər olmalı, hər bir fərdi ev avtonom bərpa olunan enerji mənbəyinə malik olmalıdır, damlarda günəş panelləri quraşdırılmalı, bunun infrastrukturu yaradılmalı, artıq qalan enerjini dövlət fiksə edilmiş qiymətlərlə alacağı zəmanətini verməlidir,

10. İsvestorlar üçün 7 illik 0% vergi zəmanəti öncədən qanun şəklində qəbul edilməlidir".

Paylaş:

Ən son xəbərlər