Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Deputatlığa namizədliyi qeydə alınan şəxslərin sayı açıqlandı

930
Paylaş:
Deputatlığa namizədliyi qeydə alınan şəxslərin sayı açıqlandı

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 145 nəfəri müraciət edib.

Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "15 nəfər təşəbbüs qrupları tərəfindən, 1 673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

M. Pənahov bildirib ki, müraciət edən  şəxslərin 1 954 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: "Onlardan  1 747 nəfəri imza vərəqələrini artıq götürüb, 381 nəfəri imza vərəqini qaytarıb, 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

Paylaş:

Ən son xəbərlər