Prezident İlham Əliyev işğaldan azad edilən Qubadlı rayonunun Qəzyan kəndinə səfəri zamanı ermənicə yazı olan lövhəni görərək onu sökdürüb.
Ali Baş Komandan erməni dilində olan lövhəni sökdürdü - VİDEO
Pravda.az-ın xəbərinə görə, dövlət başçısı özü avtomobili idarə edərkən həmin lövhəni görüb və “ermənicə nəsə yazıblar orada” deyərək avtomobili saxlayıb. Daha sonra isə həmin lövhə sökülüb.