Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Pravda.az-ın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.