Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ali Baş Komandan: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməyib”

1 093
Paylaş:
Ali Baş Komandan: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməyib”

“Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim”.

Pravda.az-ın məlumatına görə, bunu dekabrın 23-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Qubadlı rayonuna səfəri zamanı çıxışında deyib.

Prezident bildirib ki, Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməyib, tarixdə heç vaxt indiki qədər güclü olmayıb: “Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan!”

Paylaş:

Ən son xəbərlər