Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

YAP-çı deputat: “Gənclərin siyasi partiyalara üzvlük yaşının aşağı salınmasına ehtiyac var”

1 003
Paylaş:
YAP-çı deputat: “Gənclərin siyasi partiyalara üzvlük yaşının aşağı salınmasına ehtiyac var”

“Bizdə qanunla 18 yaşına çatana kimi insanların siyasi partiya üzvü olması qadağan edilir”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, gənclərin siyasi partiyalara üzvlük yaşının aşağı salınmasına ehtiyac var: “ABŞ-da bu təcrübə var. Bu təcrübə bizdə tətbiq edilə bilərmi?”

Deputat Fəzail İbrahimli cavabında bildirib ki, bu sualın fəlsəfəsi gələcəkdə siyasi partiyaların fəaliyyəti ilə bağlı qanuna edilə biləcək dəyişikliklərlə bağlıdır: “İndi isə sadəcə bu qanunun bir maddəsində dəyişiklik edilir. Qanuna yeni dəyişiklik təklif olunanda, bu suala qayıtmaq olar”.

Paylaş:

Ən son xəbərlər