İsveçrədə koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.
Pravda.az xəbər verir ki, bu barədə “RİA Novosti” İsveçrənin İctimai Səhiyyə Nazirliyinin Federal ofisi məlumat yayıb.
Məlumata görə, Britaniyanın bu ölkədəki iki vətəndaşında ilk dəfə koronavirusun yeni ştammı aşkarlanıb. Onların virusu başqalarına yoluxdurub-yoluxdurmadıqları hələ məlum deyil.