İnsanda koronavirusa qarşı daha güclü immunitet ya o xəstəliyi təbii üsulla keçirdikdə ya da peyvənd edildikdən sonra üzə çıxır.
Pravda.az xəbər verir ki, bu barədə “Sputnik” radiosuna müsahibəsində Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və mikrobiologiya Mərkəzinin virusoloqu Aleksandr Butenko danışıb.
O qeyd edib ki, immunitet orqanizmin infeksiyaya qalib gəlməsindən sonra və vaksinləmənin köməyi ilə meydana çıxır.