Rusiyanın nüfuzlu “Vedomosti” nəşri “İlin siyasətçisi” xüsusi layihəsinin nəticələrini elan edib.

Pravda.az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucularının seçimi əsasında “İlin siyasətçisi” elan olunub.

Qeyd edək ki, “İlin siyasətçisi” siyahısına namizədlər arasında Rusiya Prezidenti Vladimir Putin, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da yer alıb.