Azərbaycanın uroloq-cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayılın deputatlığa namizədliyi qeydə alınıb.
Tanınmış uroloqun deputatlığa namizədliyi qeydə alınıb – Hicran Hüseynovaya rəqibdir
Pravda.az-ın xəbərinə görə, V.İsmayıl 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Qeyd: Hakim Yeni Azərbaycan Partiyası həmin seçki dairəsindən Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın namizədliyini irəli sürüb.