“78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədov leriklilər üçün qrup yaradıb. Deyilənə görə, qrupu qardaşı idarə edir. İndidən təbliğata da başlayıb”.
Jurnalist: “Leriklilər İqbal Məmmədova səs verməyəcək” - İDDİA
Pravda.az-ın xəbərinə görə, bunu Lerikdən olan jurnalist Şəmşad Ağa deyib.
“Leriklilər ona səs verməyəcək, bunu dəqiq bilirəm, amma onu da dəqiq bilirəm ki, 3 dönəm bağışlanmış mandatla parlamentdə əyləşən, dostu Qorxmaz Hüseynovla birləşib 3 kəndi susuz qoymaq istəyən bu şəxs yaxşı adam deyil...”