BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin köməkçisinin qardaşının deputatlığa namizədliyi qeydə alındı

Adil Əliyevin deputatlığa namizədliyi qeydə alınıb.

 

Pravda.az-ın xəbərinə görə, o, 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

 

A.Əliyev 2005-ci ildən həmin seçki dairəsinin deputatıdır. Deputat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevin qardaşıdır.

 

Qeyd: Yeni Azərbaycan Partiyası 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nihad Allahyarlının namizədliyini irəli sürüb.

Fotoları təqdim edirik
Tarix: 2 Yanvar 2020, 22:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin