“Şəhid ailələri, qazilər kommunal ödənişlər etməməlidirlər. Ödənişi dövlət öz üzərinə götürməlidir. Azərbaycanın buna imkanı çatır. İmkan olmasa belə, tapmalıyıq!”
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
T.Kərimli bidirib ki, Azərbaycanda istiqamət müəyyən olunmalıdır: “Bilinməlidir ki, ölkəmizin gələcəyi hara gedir, sosializmdir, yoxsa kapitalizm? Kapitalizmdirsə, o zaman niyə kreditləri 20-30 faizlə verirlər? Yeddi milyard sərbəst vəsait var, qoy camaat götürsün, iş qursunlar. Belə olan halda, təbii qazın və elektrik enerjisinin qiymətini müzakirə etməyə ehtiyac olmaz. Sosializmdirsə, zəhmət çəksinlər, kommunal ödənişlərin qiymətini aşağı salsınlar. Sovet dövründə çox ucuz idi, qəpik-quruş ödənilirdi. Kapitalizm cəmiyyəti deyilsə, dövlət xərcləri üzərinə götürməlidir. Kommunal ödənişlər büdcənin neçə faizini təşkil edir ki?! Bel sütunu deyil ki... Buna dövlətin imkanı var. Məsələn, maraqlıdır, xarici şirkətlər nə qədər vergi ödəyirlər? Hesabat təqdim etsinlər. Bəlkə o verginin hesabına kommunal ödənişləri qarşılamaq olar? Biz hesabı bilmirik, çünki şəffaf deyil”.