İstənilən, xüsusən letallığı yüksək olan viral infeksiyalardan əsas qurtuluş yolu yalnız vaksinasiyadır. Nə sərt karantin, nə yaxşı yemək, nə doyunca yatmaq, nə idman etmək, nə də başqa şeylər deyildir. Məsələn, tarixin yaddaşına məlum olan, əbədi faciələr kimi həkk olunmuş 10 epidemiyanın əksəriyyətində olduğu kimi. 1918-1920-ci illərdəki pandemiyada, hətta səhər özünü sağlam hiss edən şəxs, günorta xəstələnir, axşam ölürdü. Yaradana şükürlər olsun ki, COVİD-19 belə infeksiyalardan deyil. Onun letallığı çox aşağı, RO indeksi isə cəmi 2,2-dir. Yəni, bi infeksiya insanlıq üçün son və ya faciə deyil. Bəli, digərləri kimi bu infeksiyadan qorunmanın da əsas yolu vaksinasiyadır.
Əvvala onu söyləyim ki, COVİD-19-a yoluxma reseptor mexanizmlərlə baş verdiyinə və bu reseptorların nukleotid ardıcıllığı məlum olduğuna görə, ona qarşı vaksin və ya dərman vasitəsinin alınması illərlə zaman müddəti tələb edən problemli məsələ deyil. Unutmayın ki, vaksin istər klassik, istərsə də ən müasir yolla alınsın, onun insan orqanizminə ciddi fəsadlar törədən heç bir zərərli təsiri ola bilməz (genom, enzim patologiyası olan az sayda insanlar nəzərə alınmazsa, bu cür şəxslərdə tək bu vaksinə qarşı deyiL, istənilən vaksin və ya dərmana qarşı atipik reaksiyalar ola bilər). Vaksinlərin əlavə effektinin olmaması üçün yeganə şərt onların təmizlik dərəcəsinin yüksək olmasıdır. Hazırda tövsiyyə olunan vaksinlərdə bunun nəzərə alınmaması qeyri mümkündür.
İnsanları qorxudan digər məsələ, vaksinlərin hələ tam öyrənilməməsi, yəni onların tədqiqatının yalnız klinik sınaqların III mərhələsində olması və s. kimi fikirlərdir. Bildirmək istəyirəm ki, istənilən dərman, vaksin və s. tam tədqiqi üçün IV mərhələli, yəni illərlə davam edən tədqiqatların aparılması qanundur və mütləq təlabatdır (eksperimental və klinik sınaqların tamamilə başa çatması üçün, ümumilikdə 12-15 ilə qədət vaxt tələb olunur). Ancaq zərurət yarandığı- ekstremal hallarda, hətta ilkin-birinci mərhələdə 50%-li müsbət nəticənin alındığı təqdirdə belə, bu vaksin və ya dərman preparatının klinikaya tətbiqi mütləq göstərişdir və bu halda heç bir qorxulu əks effekt törənə bilməz (“Orfon” preparatların misalında). Məsələn, ekstremal hallarda, COVİD-19-un müalicəsi məqsədilə ABŞ-da hələ bütün klinik sınaqlar mərhələsindən keçmədiyi halda, 1 may 2020-ci tarixdən başlayaraq remdesivirdən istifadə olunması və s. (bəzilərinin, xüsusən əcnəbi tədqiqatçıların vaksinlər barədə söylədikləri fikirlər, yalnız məlum.... məqsədlərə xidmət edir).