"Yollar məni doğma Tovuz rayonumun Əyyublu kəndinə gətirdi. Vətən müharibəsində kəndimiz də şəhidlər verdi, çoxlu qazilərimiz var. İndi də ön xətdə, qarda, soyuqda kəndimizin fəxr olunası oğulları bizim keşiyimizi çəkir. Dövlətimiz hər zaman şəhid, qazi və əsgər ailələrinə arxadır".
Bu sözləri Azərbaycanın xeyriyyəçi iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva Tovuz rayonunda şəhid, qazi və əsgər ailələri ilə görüşü zamanı deyib.
Bir çox sosial, yardım layihələrinin müəllifi olan xeyriyyəçi iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü ilə Bakı və Bakıətrafı şəhid, qazi və əsgər ailələrinə bayram sovqatının paylanması Tovuz rayonunda davam etdirilib: "Mən də bu xeyriyyə işlərində dövlətimizin, cənab Prezidentimizin yanındayam. Mən Əyyublu kəndində doğulub, böyümüşəm və kəndimizin hər bir əsgər ailəsi mənim üçün dəyərlidir, əzizdir. İçində Vətən sevgisi olan hər bir imkanlı şəxs vətənin azadlığı uğrunda qəhrəmanlıq göstərmiş əsgər ailələrinə dəstək olmalı, onların problemləri ilə maraqlanmalıdır. Bizim etdiklərimiz şəhid və qazilərimizin müqəddəs torpağa düşən bir damcı qanının əvəzi ola bilməz. Qəhrəman şəhər olan Tovuzumla və kəndimlə, bütün Azərbaycanımla fəxr edirəm. ƏSGƏRİMİZ Qürurumuzdur!"






