“Nisbətən yüngül silahlanmasından da aydın olduğu kimi, Rusiya "sülhməramlı"sı bura güc nümayiş etdirməkdən ötrü dəvət olunmayıb. O, "İrəvandakılar Moskvanın sözünə baxar" gözləntisi ilə ölkəmizə buraxılıb. Yəni sayları indiki kimi 1960 yox, 960 nəfər də ola bilərdi, 160 da. Heç fərq etməzdi”.
“Rus əsgərlərinə əziyyət verməyək, yola salaq getsinlər vətənlərinə”
Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.
“İrəvan Moskvanın sözünə baxmadıqca, əsgərimizə hücum təşkil elədikcə, həmin heyətin yavaş-yavaş ixtisarına başlamaq olar - ta Moskva İrəvana ciddi təsiri bacarana qədər. Yox, Moskva həmin hörmətə İrəvanda sahib deyilsə, onda elə biz də rus əsgərlərinə əziyyət verməyək, yola salaq getsinlər vətənlərinə” – İ.Məmmədov bildirib.