Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov Qarabağda atəşkəsin pozulmasını təbii məsələ adlandırıb.
Pravda.az-ın xəbərinə görə, E.Məmmədyarov deyib ki, 30 illik məsələni bir gecədə həll etmək çox çətindir.

“Ermənilər özlərini o qədər aldadıblar ki, uydurduqları əfsanələrə elə inanıblar ki, yeni duruma öyrəşmək onlar üçün çətindir. O baxımdan belə hadisələr yenə də olacaq. Amma Azərbaycan ordusu, Daxili İşlər Nazirliyi yavaş-yavaş hamısını nəzarət altına salacaq. Təbii məsələdir. Necə ki, məsələn, Bakıya, Qubaya, Lənkərana nəzarət edir, ora da o cür nəzarət edəcək” – E.Məmmədyarov qeyd edib.
“Atəşkəsə əməl olunmasını sülhməramlı qüvvələr təmin etməlidir” fikrinə gəldikdə isə sabiq nazir bildirib ki, noyabrın 10-da imzalanmış anlaşmada sülhməramlıların dayanacaqları nöqtələr göstərilib: “Onlar təmas xəttində durmalıdırlar”.
“Azadlıq radiosu”