Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

“İşğaldan azad edilmiş ərazilərdə tikilən turizm obyektlərini 5 il müddətinə vergidən azad etməliyik”

1 548
Paylaş:
“İşğaldan azad edilmiş ərazilərdə tikilən turizm obyektlərini 5 il müddətinə vergidən azad etməliyik”

“Turqut Özal vaxtilə hakimiyyətdə olarkən Türkiyənin turizm qapılarını dünyaya açdı. Dəniz qırağında tikilən, turizm obyektlərindən vergi tutulmaması barədə qərar verdi. İndi biz də işğaldan azad edilmiş ərazilərdə tikilən turizm obyektlərini, digər infrastruktur layihələrini heç olmasa 5 il müddətinə vergidən azad etməli, ya da vergi güzəşti tətbiq etməliyik”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, bu zaman orada daha tez bərpa işləri gedəcək, infrastruktur qurulacaq.

Paylaş:

Ən son xəbərlər