Azərbaycanda kompüter istifadə edən qadınların sayı ötən illərlə müqayisədə artaraq 76,8% olub. Ölkə üzrə internetdən istifadə edənlərin ümumi göstəricisi 79.8%-dir. Bu sahədə gender bölgüsünə gəldiksə isə qadınlar 76%, kişilər isə 83,7% təşkil edib.
Pravda.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında əksini tapıb.
Hesabatda bildirilib ki, mobil telefondan istifadə edən qadınların xüsusi çəkisi 70,8%, kişilərin xüsusi çəkisi 77,3% olub.
Azərbaycanda mobil telefondan istifadə edən qadınların sayı açıqlandı