Pandemiya dövründə bir çox ölkələrdə bayram və tətil günlərində küçəyə çıxmaqla bağlı qadağalar tətbiq edilir. Sosial şəbəkələrdə yazılır ki, Azərbaycanda da belə qadağa tətbiq ediləcəyi gözlənilir. Dekabrın 31-dən yanvar ayının 5-nə qədər Bakıda da küçəyə çıxmaq qadağası tətbi ediləcəyi ilə bağlı söz-söhbət müzakirə olunur. Məsələyə aydınlıq gətirmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, hələlik bu barədə rəsmi məlumat yoxdur. Tətbiq edilən qərarda dəyişiklik edilməyib.
Dekabrın 31-dən yanvarın 5-dək küçəyə çıxmaq qadağan ediləcək?
Qeyd edək ki, hazırda qərara əsasən vətəndaşlar SMS icazəsi və portaldan xüsusi icazə vasitəsilə küçəyə çıxa bilərlər. Vətəndaşlar SMS-lə yanaşı həm də E-TƏBİB mobil tətbiqindən istifadə edərək icazə ala bilərlər.