Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Azərbaycana gətiriləcək Çin peyvəndi ilə bağlı MÜHÜM AÇIQLAMA

1 064
Paylaş:
Azərbaycana gətiriləcək Çin peyvəndi ilə bağlı     MÜHÜM AÇIQLAMA

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, "Çin istehsalı olan “Sinovac” peyvəndi dekabrın 30-da İstanbula, 31-də isə Ankaraya çatdırılacaq. Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar. Azərbaycanda vaksinasiyanın gələn ilin yanvar ayının əvvəlindən etibarən başlanmasını gözləyirik”. Dünyanın aparıcı mətbu orqanları “Sinovac” peyvəndinin sınağı barədə belə yazırlar. Braziliyanın Butantan İnstitutu "Sinovac"  peyvəndinin analizi üçün 151 infeksiya sınağından əldə etdiyi nəticələrin  elanını 3 dəfə təxirə salıb. Onların açıqladığı son məlumata görə, bu peyvəndin effektivlik səviyyəsi 50% və 90% arasındadır. "Sinovac"ın İndoneziyalı ortağı Bio Farmın 1700 könüllünün iştirak etdiyi sınağının ilkin nəticələrinə görə, peyvəndin effektivlik səviyyəsi  yüzdə 97-dir. Bir neçə gün əvvəl, Türkiyə peyvəndin təsir dərəcəsinin yüzdə 91,25 olduğunu açıqlayıb. Türklərin  araşdırması 1322 iştirakçıdan alınan nəticələrə əsaslanır. Birləşmiş Ərəb Əmirlikləri Sinopharm peyvəndlərinin  “infeksiyalara qarşı yüzdə 86 təsirli olduğunu” açıqlasa da söhbətin konkret olaraq hansı növ peyvənddən getdiyinini bildirməyib. Belə ki, "Sinovac"  Sinopharmın istehsal etdiyi 2 peyvənddən biridir”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu bildirib ki, Çin Afrikaya peyvəndlərin göndərilməsi və paylanması üçün soyuq zəncirli körpü yaratmağı planlaşdırır: “Hazırda Çinin vaksinlərinə Pakistan, İndoneziya, Çili, Braziliya, Türkiyə daha çox maraq göstərir. Çinin marağı isə peyvənd diplomatiyası vasitəsilə daha çox ölkələrə peyvənd satmaqdır”.

Paylaş:

Ən son xəbərlər