Aparıcı Vüsalə Əlizadə artıq bir neçə gündür "7 Canlı" proqramından gedib. Verilişdə onu aparıcı Günay Firudinqızı əvəz edir.
Pravda.az xəbər verir ki, aparıcı efirə çıxmamasının səbəbini açıqlayıb. O bildirib ki, koronavirusa yoluxub. Vüsalə bununla bağlı İnstaqram hesabında paylaşım edərək, səhhətinin yaxşı olduğunu deyib:
"Çox təəssüf ki, özümü qorusam da, mən də dünyanı cənginə alan sağlamlıq müharibəsinin iştirakçısı oldum. Haradan, kimdən, necə gəldiyi bəlli deyil! Hər dəfə efirdə də deyirdim ki, bu virusa yoluxmaq oğurluq, əyrilik deyil.