Yanvar ayı həyatımızda yeni başlanğıclar dövrüdür. Gələn ay hər hansı işə investisiya yatırmaq və risk etmək məsləhət deyil, ulduzlar belə deyir. Əhəmiyyətli işlərə başlamaq indi də arzuolunmazdır. Milli.Az bildirir ki, astroloqlar bayram ərəfəsində şəxsi həyata, yaxınlarınıza qayğı və diqqət yetirməyi məsləhət görürlər. Bu dövr özünü bərpa və keçmişi təhlil etmək üçün əlverişlidir.
İlin əvvəlindən Marsın təsiri əhəmiyyətli dərəcədə artacaq. Bu planet işlərin gedişatına təsir edəcək, hər kəsə güc və enerji bəxş edəcək, eyni zamanda motivasiyamızı artıracaq, insanların özləri üçün həqiqətən vacib olan sahələrdə uğur qazanmasına imkan verəcək. Yanvar ayındakı digər əhəmiyyətli planet Saturndur. Bu planetin köməyi ilə planlaşdırılanlar işlərinizin qısa zamanda həyata keçəcəyinə ümid etmək olar.
7 yanvarda Mars Buğa bürcünə daxil olur. Mars aktiv planetdir, Buğa isə barışıq və sabitlik əlamətidir. Enerjilərinin birləşməsi gələcəyə doğru daha da inamla irəliləməyə kömək edəcək.
14 yanvarda Uran Buğa bürcündə olacaq. Bu, ilk növbədə maliyyə sektoru ilə əlaqəli qlobal səviyyədə əsaslı dəyişikliklərin baş verməsinə yol açacaq. Bu dövrdə insanlarla münasibətdə yumşaq və nəzakətli olmaq, eyni zamanda xərclərinizdə ehtiyatlı olmaq tövsiyə olunur. Uran hadisələrin axınını gözlənilməz şəkildə dəyişə bilər, odur ki, hadisələrin inkişafı üçün müxtəlif variantlar düşünmək vacibdir. Hisslərinizi və duyğularınızı çox dinləməməlisiniz. Çünki emosional fon dəyişkən olacaq. Qərar verərkək onun rəhbərliyi altında olmaq arzuolunmazdır. Müvafiq səyləriniz nəticəsində şəraitin mümkün qədər müsbət nəticələnəcəyi gözlənilir.
28 yanvarda Venera və Pluton Oğlaq bürcündə birləşəcək. Venera və Pluton ahəngdar şəkildə birləşərək bir-birlərinin enerjilərinə faydalı təsir göstərir. Oğlaq bu enerjilərin daimilik qazanmasına kömək edir. Qarşıdurma əhəmiyyətli dərəcədə azalacaq, insanlar bir-birlərinə daha səmimi davranmağa başlayacaqlar, romantik qarşılıqlı əlaqələrin qurulmasına fürsətlər yaranacaq. Ümumiyyətlə, dövr harmoniya, nikbinlik və nəciblik ilə xarakterizə olunur.
Yanvar ayının proqnozu:
Qoç
Güclü maddi istəkləriniz olacaq. Bu baxımdan peşəkarlığınız artacaq, odur ki, işinizə daha çox vaxt ayıracaq və maliyyə layihələrində iştirak edəcəksiniz. Təbii ki, yeni layihələr sizdən yeni ideyalar, yeni çıxış yolları və çeviklik tələb edəcək. Uğur qazanmaq istəyirsinizsə, bütün diqqətinizi gələcəyə yönəltməlisiniz. Ani uğur gözləməməlisiniz, əks halda həvəsinizi tez itirə bilərsiniz.
Buğa
Ayın əvvəli Buğa bürcündən olanlardan peşəkar sahədə əhəmiyyətli səylər tələb edəcək. Ancaq bu sizi çox yormayacaq. Əksinə, daha tədbirli və daha işgüzar olacaqsınız. Eyni zamanda, digər insanlarla münasibətlər həyatınızda əhəmiyyətli rol oynayacaq. Ayın ikinci yarısında karyera və şəxsi maraqlar arasında balans qurmalı olacaqsınız. Həyatınız üçün vacib biri ilə tanış olmaq şansı yüksəkdir.
Əkizlər
Ayın əvvəlindən ciddi işlərə və böyük layihələrə başlaya bilərsiniz. Göy cisimləri bu işdə sizə xeyir-dua verir. Daha çox məsuliyyət hissi sizi daha çox duyğusallaşdıracaq. Dostlarınız və əks cinsin nümayəndələri ilə duyğusal və səmimi ünsiyyətə ehtiyacınız artacaq. Bu ehtiyacın ödənilməsi vacibdir.
Xərçəng
Ayın əvvəlində yaxınlarınızla qarşıdurma ola bilər. Münasibətləri tamamilə pozmamaq üçün təmkinli olmağa çalışın. Taleyüklü görüşlər mümkündür. Romantik tanışlıqlar da gözlənilir. Utancaqlığınızı aşmağa çalışın, açıq və səmimi olun.
Şir