Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Pravda.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Konservatoriyasının aşağıdakı əməkdaşları təltif ediliblər:
“Şərəf” ordeni ilə
Kərimi Siyavuş Əşrəf oğlu
2-ci dərəcəli “Əmək” ordeni ilə
Kazımov Nazim Kazım oğlu
“Tərəqqi” medalı ilə
Bayramov Təyyar Allahverdi oğlu