Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.
Pravda.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Mıcılləsinə dəyişiklikdə əksini tapıb.