BURADA REKLAMINIZ OLA
BİLƏR

“Karantin və maska məhrumiyyətləri tezliklə pis xatirə kimi yaddaşlardan silinəcək” – İlqar Məmmədov

“2020-ci il Azərbaycan üçün tarixi qələbə ili oldu. Karantin və maska məhrumiyyətləri tezliklə pis xatirə kimi yaddaşlardan silinəcək, amma böyük hərbi qələbəmiz bizi dinc həyatda daha da böyük siyasi, iqtisadi və mədəni uğurlara aparacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

 

ReAl sədri qeyd edib ki, münaqişələr bəzən həll olunur, bəzən isə aşılır, əhəmiyyətini itirərək tarixdə əriyir: “Münaqişəni aşmaq üçün gərək həyat tərəfləri bərk silkələyə. Həmin tarixi vəzifəni bu il qəhərman Ordumuz yerinə yetirdi. Ermənistan son 30 ilin hadisələrindən düzgün nəticə çıxardısa, Güney Qafqaz üçün bir yerdə işıqlı gələcək qura bilərik. Yeni-yeni müharibələr istəmirik, amma daha hər kəs bildi: Azərbaycan xalqı ədalətsizliklə barışan, ona təslim olan xalq deyil”.

 

İ.Məmmədov bildirib ki, Qarabağdakı qələbə ilə ölkə demokratik dəyişikliklər üçün bu il gözəl imkan qazanıb: “Bu imkanı hakimiyyət və müxalifət dialoq, əməkdaşlıq, həqiqi və sağlam rəqabət yolu ilə tam həcmdə istifadə edib yeni, demokratik siyasi gerçəklik qurmalıdır”

Tarix: 31 Dekabr 2020, 18:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin