Əfsanəvi həkim, alim, akademik Vladimir Porxanov Kubanda onkoloji klinikanın rəhbəridir. O, özü də koronavirusa yoluxub və müalicə alıb.
Akademik koronavirusla nə vaxta kimi mübarizədə olacağıq sualına belə cavab verib: Çox... Ən azı 2025-ci ilə kimi. Bunu mən indi demirəm. Elə virus ilk yayılmağa başlayan aylarda bilirdim. Bunu viruslardan az-çox anlayışı olan istənilən elm adamı bilir.
Alim koronavirusun vaksinlər effektiv işləyənə və ölkələrdə kollektiv immunitet formalaşana kimi bizimlə olacağını bildirib.