Pravda.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. Niyyətləriniz açıq olsun. Yardım istəyən insana kömək edin. Yaxın ətrafınızdakı insanların səbr və qayğınıza ehtiyacları var. Səhhətinizə və xarici görkəminizə fikir verin.
Buğa - işlər və qayığlar çoxdur. İntuisiyanıza güvənin. Cari problemlərin qəfil və orijinal həllini tapmaq mümkündür. Bir yerdə çox qalmayın, aktiv olun.
Əkizlər - yazışmalarda ləng olmayın, informasiya axtarın, məsləhətlərdən yararlanın. Kiçik və xırda işləri tamamlayın.
Xərçəng - alış-verişdə bədxərclik etməyin. Emosiyalara aldanmayın. Yaxın ətrafınızdakı insanları pərişan etməyin. Səhhətinizə fikir verin. Axşam saatlarında qısamüddətli gəzintidə xeyir var.
Şir - günü mümkün qədər aktiv keçirin. Parlaq, güclü hisslərə ehtiyac duyursunuz. Belə hissləri kənarda yox, mövcud fəaliyyət prosesində də araya bilərsiniz. Ünsiyyətdə süst, təmaslarda tənbəl olmayın.
Qız - çoxdan bəri yarımçıq qalmış işi tamamlayın. Yaşam arealında dəyişikliklər üçün əlverişli zamandır. Aktivliyiniz mütləq estetik məzmunlu olmalıdır. Sevdiyiniz insana hədiyyə verməyi unutmayın.