Ümumdünya Səhiyyə Təşkilatı “COVID-19”a qarşı “Pfizer/BioNTech” peyvəndinə ilk dəfə təcili istifadə üçün icazə verib.
Pravda.az xəbər verir ki, bu barədə ÜST-nin tvitter hesabında məlumat verilib.
““COVID-19”a qarşı “Pfizer/BioNTech” bu gün ÜST-dən təcili təsdiq alan ilk peyvənddir. Vaksinin bütün vacib təhlükəsizlik və effektivlik parametrlərinə cavab verdiyini müəyyən etdik. Koronavirusla mübarizədə faydaları potensial risklərdən çoxdur”, - deyə açıqlamada vurğulanıb.
Bildirilib ki, gələcəkdə əlavə məlumatları araşdırdıqdan sonra ÜST təcili deyil, istifadə üçün qalıcı bir icazə verə bilər.