Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında müqavilə bağlanmalıdır” – Rəsul Quliyev

1 547
Paylaş:
“Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında müqavilə bağlanmalıdır” –     Rəsul Quliyev

“Mətbuat Şurnux kəndində postun qurulmasını yazıb. Bu kənd demək olar ki, sərhəd xəttinin üzərindədir. Ermənilərin işğalından sonra kənd 20-yə yaxın ev tikməklə genişləndirilib.  Azərbaycan ordusunun tələbi ermənilərin o evləri 5 yanvaradək tərk etməsi ilə bağlıdır. Bu, Azərbaycanın azad etdiyi 18 min kvadrat kilometrlik ərazidə mikroskopik bir ərazidir. Diqqətimi cəlb etdi və bu hadisənin çox böyük əhəmiyyət kəsb etdiyini qeyd etmək istəyirəm. Bu hərəkət “Azərbaycan heç bir qarış torpağını da işğalçıya verməyəcək” bəyanatının təsdiqidir.  Həmin Şurnuxun 10-15 evi verilməyəcək bir qarışdır”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, Türkiyə ordusunun iki istiqamətdə Azərbaycanda fəaliyyət (ərazilərin minalardan təmizləyən və monitoriq qrupunun mütəxəssisləri) göstərən ordusunun sayının az olmasına baxmayaraq Azərbaycanın müstəqilliyinin qorunması üçün çox böyük rol oynayırlar: “Türk mütəxəssisləri Azərbaycan ordusunun əsgərdən tutmuş generalına qədər bir daha NATO təlimlərini mənimsəməsi üçün səylərini davam etdirməli və yoxlamalıdır. Azərbaycan ordusunun 44 gün hücum etməsinə baxmayaraq verdiyi itki ermənilərin itkilərindən azı 30 faiz azdır. Amma əksinə olmalı idi, yəni bizim ordunun itkisi Ermənistan ordusunun itkilərindən azı 3 dəfə çox olmalı idi. Bunu ordunun təlim sisteminin  işğalçı ordunun təlim sistemindən tamamilə fərqli olması ilə izah etmək olar. Yəni Azərbaycan ordusuna ilk növbədə sağ qalmaq və komandanın üzvülərinin də sağ qalmasına çalışmaq təlimini keçiblər. Ermənilərə qarşı müasir texnikanın dəqiqliklə işlədilməsi ilə yanaşı zabit və generalların döyüş taktikasının tamamilə fərqli olması düşməni sarsıtdı. Bu gün ermənilər Azərbaycanın dronlarından çox onun ağıllı müharibə aparan əsgər və zabitlərindən qorxurlar. Əlahiddə bir şey olmasa hələ uzun müddət bu qorxu hissi onları tərk etməyəcək. Gələcək sülhün möhkəmlənməsi qatar və ya yük daşıyan maşınların Zəgilan-Mehri-Naxçıvan-Yerevan-Türkiyə marşurutu ilə irəliləməsi olacaq. Bu hadisə nə qədər tez başlasa, bir o qədər sülh güclü olacaq. Minsk qrupunun olub-olmamasından asılı olmayaraq ən azı Rusiya-Azərbaycan-Ermənistan-Türkiyə tranzit əlaqələri ilə bağlı tarixi müqavilə bağlanmalıdır”.

Paylaş:

Ən son xəbərlər