Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev koronavirusla bağlı yaxın zamanda ölkəmizdə aparılması planlaşdırılan vaksinasiya prosesi ilə əlaqədar bir sıra təkliflər hazırlayıb.
A.Əliyev peyvəndləmə prosesinə start verilmədən öncə karantin rejiminin ləğv edilməsi, müxtəlif fəaliyyət növlərinin əvvəlki normal iş rejiminə qayıtması üçün vaksinasiyanın nə dərəcə əhəmiyyətli olmasını cəmiyyətə çatdırmaq məqsədilə gün ərzində KİV-də bir neçə dəfə maarifləndirici reklam çarxları, posterlər və s. təqdim edilməsinin vacib olduğunu bildirib:
“Həmçinin KİV vasitəsilə vaksinasiyanı icra edəcək tibb işçilərinin də maarifləndirilməsi məqsədəuyğun olardı. Çünki qısa zamanda və sərt karantin dövründə bu prosesi icra edəcək tibb işçilərini fərdi olaraq öyrətmək qeyri-mümkündür.