Yeni il axşamı sosial şəbəkələrdə paylaşılan bəzi görüntülər birmənalı qarşılanmayıb.
Pravda.az xəbər verir ki, paytaxt sakinləri həmin gecə Bakıda atəşfəşanlıq edilməsinə öz etirazlarını bildiriblər. Bir müddət sonra isə sosial şəbəkələrdə paylaşılan Xalq artisti Röyanın görüntüləri xalqı qəzəbləndirib.
Belə ki, həmin gecə teleaparıcı Kəmalə Piriyeva “İnstagram” səhifəsində xoşagəlməz videolar paylaşıb. Addımının səhv olduğunu anlayan aparıcı videonu silsə də, görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən qeyd edilib və böyük səhifələrdə paylaşılıb.