“Hökumətlərin hər hansı təcili müdaxilə etmədiyi, karantinsiz bir aləmdə Azərbaycanda COVİD-19-dan ölmək ehtimalı Avropada ən aşağı olacaqdı. Amma karantin rejimi bizdə nədənsə ən sərtdir”.
“Dünyanın ən sərt karantini niyə Azərbaycanda tədbiq edilir?” – İlqar Məmmədov
Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, bu uyğunsuzluğun izahını Operativ Qərargah verməyib və verməyəcək, çünki Qərargaha onun ağılsız qərarları ilə razılaşan kor, düşüncəsiz, aldadılmış əhali lazımdır: “Təqdim etdiyim cədvəl dörd müxtəlif elmi mərkəzin hesablamalarına görə karantinsiz şəraitdə yoluxanların ölməsi ehtimalını göstərir, daha doğrusu bu ehtimalın Azərbaycanda karantinsiz şəraitdə yoluxanlarla müqayisədə nə qədər çox olduğunu. Məsələn, Almaniyada yoluxanların bizdə yoluxanlarla müqayisədə ölmək ehtimalı 3,4 dəfə çoxdur, İsveçdə 3 dəfə çoxdur və s. Təkrar edirəm, karantinsiz, hər hansı tədbirsiz bir aləmdə... Azərbaycanın karantinsiz nəticəsi bu qədər yaxşı olacaqdısa, dünyanın ən sərt karantini niyə Azərbaycanda tədbiq edilir?”