“Baş nazir Nikol Paşinyan təslim olmaq üçün generallardan başlayaraq ordununun başını tamamilə kəsib atdı və istəyinə nail oldu. Dağlıq Qarabağı tamamilə itirdik, indi də Ermənistan sərhədlərini itirməyə başlamışıq”.
Pravda.az xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin keçmiş idarə rəisi, ədliyyə general-mayoru Tatul Petrosyan söyləyib.
“Bilmirəm ümumiyyətlə ona hesabat verirlər, yoxsa ölkədə baş verənlər barədə kimisə dinləyir? Deyə bilərəm ki, tamamilə reallıqdan uzaqdadır, qəhrəmanlarımızı nüfuzdan salmaqla təslim olmağı bacardı. İndi Ermənistanın sərhədlərini Azərbaycana vermək üçün sərhəd bölgələrindəki icmalarımızın rəhbərlərini təqib etməyə başlayıb. Təəccüblüdür ki, onları həbs cəzası nəzərdə tutulmayan axmaq maddələrlə həbs etdirir”, - Petrosyan qeyd edib.