Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

BNA-dan avtobusların qiymət artımı ilə bağlı AÇIQLAMA

1 526
Paylaş:
BNA-dan avtobusların qiymət artımı ilə bağlı     AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Pravda.az xəbər verir ki, bunu agentliyin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib:

"Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib".

Qeyd edək ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.Trend

Paylaş:

Ən son xəbərlər