“Benzinin qiyməti Avropada çox bahadır, qonşu ölkələrdə də vəziyyət belə idi. Məsələn, Gürcüstanda yanacaq baha olduğu üçün insanlar benzini oraya aparırdılar. Xatırlayırsınızsa, 2013-cü ildə dizel, 2017-ci ildə isə Aİ-92 markalı benzinin qiymətini artırmışdılar. Həmin müddətdən sonra yanacağın qiymətində artım olmayıb. Hökumət üzvləri bildirirdilər ki, dəfələrlə pensiyaların, əmək haqqlarının orta miqdarı atırılıb. Zərurət yaranırdı ki, yanacağın qiyməti digər ölkələrlə kəskin fərqlənməsin. Eyni zamanda qeyd olunur ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb. Məlumata görə, hökumət sərnişindaşıma ilə əlaqədar kompensasiyanın verilməsini nəzərdə tutub”.
Bunu Pravda.az-a Milli Məclisin deputatı Tahir Kərimli deyib.