Xalq artisti Röya Ayxan onu tənqid edənlərə cavab verib.
Pravda.az xəbər verir ki, Röya Ayxan İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib: "Məni bayram keçirən, ölüsünə hörmətsizlik edən adam kimi təqdim etdiniz. Amma içimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqirli söz demişəm. Əgər rəqsim sizi narahat etdisə, o zaman dekabrın 31-də kanallarda içi mən qarışıq rəqs edən, qələbəni qeyd edən bütün ulduzlara və kanallara söz deyərdiniz.