Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Nura Suri: “Bəsdirin, qaziləri bəhanə edib özünüzü reklam etdiniz”

849
Paylaş:
Nura Suri: “Bəsdirin, qaziləri bəhanə edib özünüzü reklam etdiniz”

“Bəsdirin, qaziləri bəhanə edib özünüzü reklam etdiniz. Tankın qabağına çıxan oğlanları, pulun qarşısında sındırmayın. Nə edirsinizsə, gizlin edin”.

Pravda.az-ın xəbərinə görə, bunu müğənni Nura Suri deyib.

N.Suri qeyd edib ki, vətən uğrunda döyüşən insan təmənna güdmür: “Hamımızın borcudur torpağı, vətəni qorumaq - kişili, qadınlı. Valideyinlərimin hər ikisi qazidir. Prezidentin qərarına əsasən qazi və şəhid ailələrinə maddi dəstək olunur. Hərə əlinə bir telefon alıb video çəkir. Dünya baxır e, bizə. Etməyin belə. O boyda qalibiyyəti ucuzlaşdırmayın”.

Paylaş:

Ən son xəbərlər