Aİ-92 markalı benzinin və dizelin qiymətinin artması ictimai nəqliyyatda gedişhaqlarına təsir etməyəcək.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslarda qiymətlər dəyişməyəcək. Hazırda bu məsələ gündəmdə deyil.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən də bildirilib ki, rayonlar və şəhərlərarası sərnişindaşımada da qiymət artımı olmayacaq. Bu fəaliyyətlə məşğul olan sahibkarlara müəyyən güzəştlər ediləcək.