Bakının Nərimanov rayonunun bir qrup sakini Evrostroy-S.S MMC-dən (“Sipark İnşaat”) şikayətçidir.
Pravda.az-ın xəbərinə görə, bu barədə ekspert Qubad İbadoğlu məlumat verib.
Sakinlərin şikayətini təqdim edirik:
“Biz 2017-ci ilin oktyabr ayından yaşadığımız ərazidən Evrostroy-S.S MMC (Sipark) tərəfindən pilot layihə olaraq müqavilə əsasında 20 aylığına kirayələrə köçürüldük. Lakin şirkət 20 ay müddətində tikintini özlərinə məlum olan səbəblərdən yekunlaşdıra bilmədilər və yeni müqavilə imzalatdırdılar. Bundan başqa, kirayə pullarının verilməsində ciddi problemlər yaşayırıq. Həmin ərazinin yaxınlığında yerləşən digər pilot layihələrdə tikinti tam sürətlə davam edir və çox güman ki, bu ilin sonunda onlardan bir neçəsi artıq sakinlərə təhvil veriləcək. Qonşularımızdan bir neçə nəfər bu problemlərin mənəvi və psixoloji sarsıntılarına tab gətirməyərək vəfat etdilər. Artıq oktyabr ayında 3 il tamam oldu ki, biz öz evlərimizə köçürülməmişik. Dəfələrlə müvafiq qayda da Nərimanov Rayonu İcra Hakimiyyətinə etdiyimiz şikayətlər, müraciətlər və etirazlar cavabsız qalıb. Nərimanov Rayonu İcra Hakimiyyəti və şəxsən başçı Abidin Fərzəliyev bizim binamızın tikilib zamanın da təhvil verilməməsində bir başa məsuliyyət daşıyır.
Hörmətlə, sakinlər
1.Mircəfərova Həcər Seyidhüseyn qızı
2.Həsənova Nuriyyə Rəhim qızı
3.Şirinov Nüsrət Şirin oğlu
4.Şirinov Şirin Nüsrət oğlu
5.Şirinova Rəna Nüsrət qızı
6.Şirinova Qızılgül İsa qızı
7.Ağayeva Ruhəngiz Ələkbər qızı
8.Cəfərova Lamiyə Telman qızı
9.Həsənova Günay Bəyzadə qızı
10.Əliyeva İlhamə Eyvaz qızı
11.Yaqubova Xuraman Saday qızı
12.Quliyeva Nigar Fəxrəddin qızı