Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Azərbaycanda 2 226 nəfər deputat olmaq istəyir

1 026
Paylaş:
Azərbaycanda 2 226 nəfər deputat olmaq istəyir

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər  2 min 226 nəfər müraciət edib.

Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, namizədlərin 461  nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: “16  nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

M.Pənahov qeyd edib ki, müraciət edən şəxslərin 2 min 66 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “Onlardan 1903 nəfəri isə imza vərəqələrini artıq götürüb,  580 nəfəri qaytarıb,  285 nəfər isə qeydə alınıb”.

Paylaş:

Ən son xəbərlər