Ötən il oktyabrın 14-də Şuşada “Gövhər Ağa” məscidinin “təmir-bərpası”ndan sonra açılış mərasimi olmuşdu. Məscid İranın “Part Saman Jahan” memarlıq şirkətinin iştirakı ilə təmir edilib. 1996-1999-cu illərdə İrəvandakı Göy məscidin də təmirini maliyyələşdirən İran sonradan həmin məkanın girişinə lövhə vurduraraq "fars məscidi" yazdırıb.
1883-cü ildə, Kərbəlayi Səfi Xan Qarabağinin memarlığı əsasında ərsəyə gələn “Yuxarı Gövhər Ağa” məscidində ənənəvi memarlıq üslubu ziyan görüb. Restavrasiya işlərində türk üslubu dağıdılıb, fars tikintisinə uyğun tikilib. Məqsəd onu “İran memarlığının nümunəsi” olaraq dünyaya tanıtmaqda ibarət olub.
Bu günlərdə İran tərəfi yenidən bu məsələni qabardaraq, Gövhər Ağa məscidində təmir işlərini Azərbaycanla dostluq və qardaşlıq nümunəsi kimi təqdim edib.