Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Elman Nəsirov: “Ölkə başçısı hökumət daxilində olan bu “qurd”ları təmizləyəcək”

1 235
Paylaş:
Elman Nəsirov: “Ölkə başçısı hökumət daxilində olan bu “qurd”ları təmizləyəcək”

“Prezident İlham Əliyev 2018-ci ildə növbəti dəfə prezident seçildikdən sonra, andiçmədə proqram xarakterli çıxış etdi və kadr islahatlarının anonsunu verdi. Artıq dövr, tələblər dəyişir, buna uyğun gənc, savadlı kadrlara üstünlük verilir. Sosial-siyasi islahatlarla yanaşı, kadr islahatları da çox önəmlidir. Hesab edirəm ki, ötən illərdə gedən bu proses 2021-ci ildə də aparılacaq”.

Bu sözləri millət vəkili Elman Nəsirov 2021-ci ildə aparılacaq kadr islahatları haqqında danışarkən deyib. O bildirib ki, etimad edilmiş sahədə xalqına, dövlətinə ləyaqətlə xidmət etməyən şəxslər mütləq cəzalanacaq:

“Azərbaycanda təkcə bir sahədə deyil, bütün sahələrdə islahatlar aparılır. Xüsusilə ötən il məhkəmə-hüquq sitemində, yerli və mərkəzi icra hakimiyyətlərində, Milili Məclisdə və digər dövlət qurumlarında ciddi islahatlara şahid olduq. Hesab edirəm ki, bu, hər bir kəsə dərs olmalıdır. Xalqına ləyaqətlə xidmət etməyən, rüşvət və korrupsiya yolunu seçən məmurları eyni cəza gözləyir. Çünki korrupsiya və rüşvətxorluq ağacı daxildən məhv edən qurd kimidir və onunla mübarizə olduqca vacibdir. Məhz ölkə başçısı hökumət daxilində olan bu “qurd”ları təmizləyərək, gənclərə və gənc təfəkkürlü insanlara önəm verərək, Azərbaycanı bu bəladan qurtarmağa çalışır. Bu baxımdan, hesab edirəm ki, 2020-ci ildə gördüyümüz həbslərin, kadr islahatlarının 2021-ci ildə davamını görəcəyik. Bu il Azərbaycanda bir sıra mühüm dəyişikliklərin olacağı istisna deyil".

Redaktor.az

Paylaş:

Ən son xəbərlər