“Çətin vaxtlar idi. Hərə bir şeylə çörəyini qazanırdı. Mən özüm Türkiyədən, Ankaradan Moskvaya maşın gətirib satırdım. Bolqarıstan, Rumıniya, Moldova, Ukraynadan keçmək mümkün idi. Ancaq bərə ilə daha rahat idi. Bilirsiniz ki, diplomat (1990-cı illərdə Peskov Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı idi. – red.) bir neçə aydan bir, bir avtomobil gətirmək imtiyazına malik idi. Və bu avtomobillər gömrük rüsumundan azad idi ”.
Pravda.az xəbər verir ki, bu etirafı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Solovyovla “YouTube” kanalında yayımlanan bir müsahibəsində edib.