"Sərtləşdirilmiş karantin rejiminin müddəti 18 yanvardan sonra uzadılmaya bilər".
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, buna qarşıdakı 1 həftədən sonra qərar veriləcək.
Millət vəkili bildirib ki, koronavirusla mübarizə artıq dünyada sonuncu mərhələdədir. Yəni vaksinasiya prosesi başlayıb və bununla da bu xəstəlik bütün dünyada dövri bir xəstəlik kimi qala bilər.