ABŞ Senatının ardınca Nümayəndələr Palatası da Konqresin binasının daxilində baş verən etirazlara görə iclasını yarımçıq kəsib.
Pravda.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının mətbuat xidməti özünün tvitterdəki hesabında bildirib.
Qeyd edilir ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də daxil olmaqla, Konqres üzvləri binadan təxliyyə ediliblər. Daha əvvəl Senatın da iclası yarımçıq kəsilib.
Müxtəlif nəşrlərin jurnalistləri hadisə yerindən bildirib ki, etirazçılar zorla iclasın getdiyi zala girməyə çalışırlar.