İş adamı Nazim Bəydəmirlinin deputatlığa namizədliyi qeydə alınıb.
İş adamının deputatlığa namizədliyi qeydə alındı
Pravda.az-ın xəbərinə görə, N.Bəydəmirli deputatlığa namizədliyini 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən irəli sürüb. O, 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Qeyd: Hazırda həmin seçki dairəsinin deputatı Rafiq Məmmədhəsənovdur. Hakim Yeni Azərbaycan Partiyası 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Elnarə Məhərrəmovanın namizədliyini irəli sürüb.