“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun deputatlığa namizədliyi qeydə alınıb.
Rauf Arifoğlunun deputatlığa namizədliyi qeydə alındı
Pravda.az-ın xəbərinə görə, R.Arifoğlu namizədliyini 35 saylı Xətai üçüncü seçki dairəsindən irəli sürüb.
Qeyd: Yeni Azərbaycan Partiyası 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində 35 saylı Xətai üçüncü seçki dairəsindən Əliyev Turan Adil oğlunun namizədliyini irəli sürüb. Həmin seçki dairəsindən Ümid Partiyasının sədri İqbal Ağazadə də namizədliyini irəli sürüb. Dairənin hazırki deputatı Araz Əlizadə isə seçkilərə qatılmayacağını bəyan edib.