Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

ABŞ Konqresi Co Baydeni prezident postuna təsdiq etdi

1 217
Paylaş:
ABŞ Konqresi Co Baydeni prezident postuna təsdiq etdi

Co Baydenin noyabrda keçirilmiş prezident seçkilərində qələbəsi təsdiqlənib.

Pravda.az-ın "NBCNews"a istinadən verdiyi xəbərə görə, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı Co Baydenin qələbəsini təsdiqləyib.

Respublikaçılar Partiyasının bir neçə təmsilçisi Arizona və Pensilvaniyada keçirilən seçki nəticələri ilə bağlı etirazlarını bildirsələr də, hər iki palatadan olan üzvlər proses başladıqdan 14 saat sonra elektoral kollecin nəticələrini qəbul edib.

Co Bayden 270-dən çox elektoral səs toplayıb. Konqresin bu təsdiqləməsi ilə noyabr səsverməsinin nəticələrinin ümumiləşdirmə prosesinə və ABŞ administrasiyasının növbəti rəhbərinin rəsmi olaraq kim olduğu barədə mübahisələrə son qoyulur.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti kimi Co Baydenin andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb.

Paylaş:

Ən son xəbərlər