Tərtərin icra başçısı Müstəqim Məmmədova indi də şəhid oğlunun torpağını əlindən almaq istəyir.
I Qarabağ döyüşlərinin iştirakçısı olmuş şəhid Adil Dünyamalıyevin oğlu, özü Qarabağ qazisi olan Vasif Dünyamalıyev Tərtərin şefinin hədəfinə tuş gəlib.
Onun sözlərinə görə, icra başçısı Şahin adlı əlaltısını təlimatlandırıb və üstünə göndərib, taxıl sahəsini əlindən almağa çalışır.
“Biz ağdamlıyıq. İşğaldan sonra Tərtərdə yerləşmişik. Özüm Qarabağ qazisiyəm, atam və üç əmim I Qarabağ savaşında şəhid olub. Atamın olduğu məzarlıqdan bir az aralıda 5-6 hektar sahədə taxıl sahəsi əkmişəm. Burada 7 min hektar yer olar.
Ancaq Şahin adlı biri var, əslən Cəbrayıldandır, Tərtərdə Müstəqim Məmmədovun bütün qara işlərini görür, indi həmin adam bu qədər yer qalıb, gəlib yerimə ilişir.
Mənim həyat yoldaşım dünyasını dəyişib, iki yetim bala böyüdürəm, o taxıl sahəsi uşaqlarımın ruzisidir. Ancaq Şahin deyir ki, buranı almışam.